4 mart 2013 15:46
UEFA təlimatçılar üçün seminar keçirəcək
Martın 5-dən 9-dək Kiprin Nikosiya şəhərində UEFA tərəfindən milli təlimatçılar üçün seminar təşkil olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, seminarda texniki təlimatçı olaraq Xaqani Məmmədov və Murad Məmmədov, fiziki hazırlıq üzrə təlimatçı kimi isə Namiq Quliyev iştirak edəcək.
