4 mart 2013 16:24
"Penaya minnətdaram ki, bizi ilk altılığa çıxardı”
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Topaz Premyer Liqasının 22-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim üçün çox vacib bir oyun idi. Mütləq qələbə qazanmaq istəyirdik. Təbii ki, qələbə qolunu vurandan sonra üstünlüyümüzü qorumaq istəyirdik. Ona görə də ehtiyatlı oynamağa başlamağımızda təəccüblü heç nə yox idi. Əsas qələbə qazanmaq idi. Biz bunu bacardıq. Mən Marius Penaya minnətdaram. Məhz onun dublu bizi ilk altılığa çıxardı. Bu, bizim hamımızın qələbəsidi – prezident, rəhbərlik, bütün komandanın əməyi böyükdü”.