4 mart 2013 16:44
“Əsl mübarizənin bundan sonra başladığını başa düşürük”
“Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior Topaz Premyer Liqasının ilk altılığına vəsiqə qazanmalarına dair fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz ilk altılığa düşməyə layiq idik. Artıq hər şey qaydasına düşdü. Bəzi insanlar var idi ki, bizə inanmırdı. Onlar “Bakı”nın ilk altılığa düşməyəcəyini deyirdilər. Sübut etdik ki, onlar düz danışmırlar. İlk altılığa düşdüyümüzə görə heç bir arxayınlıq yoxdu. Əksinə, əsl mübarizənin indi başladığını yaxşı başa düşürük. İndi “İnter”lə oyunu düşünürük. Daha sonra digər komandalarla görüşlərə də hazırlaşacağıq”.