4 mart 2013 16:58
Rail Məlikov: Növbəti turda oynamaq istəyirəm
Türkiyənin “Denizlispor” klubunun azərbaycanlı müdafiəçisi Rail Məlikov və yarımmüdafiəçi Arif İsayevin PTT Birinci Liqanın son turunda meydana çıxmamasının səbəbi müəyyənləşib. Məlikov azerisport.az saytına müsahibəsində bəyan edib ki, buna hər iki həmyerlimizin soyuqdəymədən əziyyət çəkməsi səbəb olub.
O, hətta bildirib ki, az qala komandanın yarısı bu epidemiyadan əziyyət çəkir. Amma böyük ehtimalla Rail də, Arif də 25-ci turun “Rizespor”la oyununa qədər hazır ola biləcəklər:
“Mən ötən turda da oynamaq istəyirdim. Sadəcə, xəstəlik imkan vermədi. Artıq fərdi qaydada məşq etməyə başlamışam. Bu həftə oynamaq istəyirəm. Bizi “Rizespor”la çətin oyun gözləyir”.
