5 mart 2013 17:25
“Azərbaycan yığmasına qarşı oynamaq bizə çox çətin olacaq”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyük Holts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rəqibimizin çalışdırıcısı bunları dilə gətirib:
“Bu, Lüksemburq yığması üçün çox çətin oyun olacaq. Azərbaycan yığması fiziki cəhətdən çox güclü komandadı. Hazırda Lüksemburqda soyuq hava hökm sürür. Lakin bu, bizim qarşıdakı oyuna hazırlaşmağımıza mane ola bilməz. Yeganə üzücü məqam ondan ibarətdi ki, ölkə çempionatının son turlarının xeyli oyunu təxirə salınıb”.

Holts Berti Foqtsun komandasından danışarkən bunları da vurğulayıb: “Azərbaycan yığması artıq daha yaxşı oyun sərgiləməyə başlayıb. Rəqibimizin heyətində bir neçə yüksək səviyyəli oyunçu var. Biz bu oyunda bütün imkanlarımızdan yararlanmağa çalışmalıyıq. Amma belə yaxşı təşkilatlanmış komanda ilə mübarizə aparmaq bizə çox çətin olacaq. Baş məşqçi Berti Foqts bu komandada çox əla işlər görür”.
43 yaşlı mütəxəssis yenə millimizi bir müddət öncə yoxlama oyununda qarşılaşdıqları Ermənistanla müqayisə edib: “Bəli, mən belə düşünürəm. Ermənistan yığmasında texnikalı futbolçular çoxdu. Amma Azərbaycan yığması texnika ilə yanaşı, fiziki göstəricilərinə görə də güclüdü”.
Qeyd edək ki, Azərbaycan yığması 2010-cu ildə Berti Foqtsun rəhbərliyi altında bu komandanı 2:1 hesabıyla məğlub etmişdi. Lakin Holts həmin məğlubiyyətdən danışmaq istəməyib: “O dövrdə komandanı mən çalışdırmırdım. Ona görə də həmin oyun haqda danışmaq istəməzdim”.
Sonda onu da bildirək ki, yığmamız martın 22-də səfərdə Lüksemburqla səfərdə qarşılaşacaq.