5 mart 2013 18:21
Elder Poştiqa: Azərbaycan ilə oyunun vacibliyini başa düşürük
Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Elder Poştiqa DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, hazırda İspaniyanın “Zaragoza” klubunda top qovan futbolçu Bakıya səfər öncəsi bunları dilə gətirib:
“Biz İsrail və Azərbaycanla oyunların nə qədər vacib olduğunu bilirik. Bu matçlar bizim qrupdan çıxmağımız üçün həlledici xarakter daşıyır. Əgər dünya çempionatının final mərhələsinə çıxmaq istəyiriksə, bu qarşılaşmalardan qalib ayrılmalıyıq”.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya matçı martın 26-da Bakıda keçiriləcək.