5 mart 2013 19:30

Rəvan Xəzər Lənkəranla matçın hazırlıqlarını tamamladı

"Rəvan” Azərbaycan Kubokunun cavab 1/4 final matçı üçün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda "Xəzər Lənkəran”la səfərdə keçirəcəyi görüş ərəfəsində bu gün "Bayıl Arena”da son məşqinə çıxıb.
 
Qeyd edək ki, bazar günü "Bakı” ilə Topaz Premyer Liqası çərçivəsində qarşılaşan "Rəvan” artıq bazar ertəsindən kubok oyununa hazırlaşır. Başqa sözlə, futbolçulara bu sıx qrafikdə istirahət verilməyib. Dünən "Bakı” ilə matçda oynayanlar "bərpa prosesi” keçmişdisə, bu gün bütün komanda tam məşq edib. İsinmə hərəkətlərindən sonra futbolçular fiziki hazırlıq üzərində çalışıb. Necə də olmasa, son oyunlarda hesabı açsaq da, sonradan rəqib təşəbbüsə yiyələnib hesabı öz xeyrinə dəyişə bilir. Məşqçilər bu yolla futbolçularda fiziki dözümlülüyü daha da artırmağı düşünür. Nəzərə alaq ki, kubok matçında əlavə vaxt və hətta penalti seriyası da ola bilər. Deməli, son dərəcə dözümlü və səbirli olmaq lazımdı.
 
Məşqin ikinci hissəsi taktiki-texniki hazırlığa həsr edildi. Qapıya zərbələr, cərimə zərbələrinin yerinə yetirilməsi, dar sahədə ani ötürmələr üzərində çalışdıqdan sonra futbolçular meydanda daha 2 dəfə dövrə vurub məşqi bitirib.
 
Qeyd edək ki, bu, "Xəzər Lənkəran”la kubokun cavab matçı öncəsi Bakıdakı son hazırlığımız idi. Çünki sabah səhər tezdən komanda Lənkərana üz tutacaq və növbəti məşqi oyunun baş tutacağı Lənkəran şəhər mərkəzi stadionunda həyata keçirəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.