5 mart 2013 11:46
Namiq Yusifov: Qarabağın Neftçini qabaqlamaq şansı qalır
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi
- “İnter”lə son oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Komandada bir qədər yorğunluq var idi. Elə rəqibdə də. Çünki onlar da bizim kimi, bir neçə gün öncə ağır kubok matçına çıxmışdılar. Amma qolsuz başa çatsa da, oyunun maraqlı alındığını düşünürəm. Üstünlük bizim tərəfimizdə idi. Rəqib 90 dəqiqə ərzində xüsusi nə iləsə yadda qalmadı. Heç-heçəni də pis nəticə saymırıq.

- Elə təəssürat var idi ki, hər komanda heç-heçəyə razıdı...
- Belə oyunlarda heç-heçə ən münasibət nəticədi. Biz ikinci yerdə gedən komanda ilə oynayırdıq. Düzdü, qələbə qazanmaq istəyirdik. Amma alınmadı.
- “İnter”i turnir cədvəlində qabaqlamaq şansınız vardı...
- Bəli. Bunun üçün mütləq qol vurmağımız, qələbə qazanmağımız lazım idi. Amma buna nail ola bilmədik.
- “Qarabağ”da sadəcə qol vəziyyətlərindən yaxşı yararlana bilməmək çatışmazlığı var, yoxsa əlavə problemlər də mövcuddu?
- Əgər komanda düzgün futbol oynayırsa, istənilən rəqibi məğlub edə bilər. Biz də bunu bacarırıq.
- Əgər komanda düzgün futbol oynayırsa, istənilən rəqibi məğlub edə bilər. Biz də bunu bacarırıq.
- Oyundan sonra baş verən münaqişə barədə nə deyə bilərsiz?
- Həmin vaxt mən artıq paltardəyişmə otağında idim və heç nə görməmişəm. Belə şeylər olur. Uşaqlar hərdən emosiyalarına sahib dura bilmirlər. Ümid edirəm ki, hər şey stadionda qaldı və davamı olmayacaq (gülür).

- Lider “Neftçi” növbəti qələbəsini qazanıb, fərqi artırdı...
- Qarşıda hələ 10 tur var. Xal fərqi o qədər də çox deyil ki, ümidsizliyə qapılaq. Bizim onları keçmək şansımız olacaq. Elə onların özü ilə iki oyunumuz olacaq.
- Martın 7-də komandanı “Qəbələ” ilə kubok oyunu gözləyir...
- İlk oyundakı 1:1 hesablı heç-heçə bizə müəyyən üstünlük qazandırıb. Çətin oyun olacaq. Amma biz yarımfinala çıxmaq istəyirik.