5 mart 2013 12:18
“Xəzər Lənkəranı böhrandan ancaq yerli mütəxəssis çıxara bilər”
Veteran futbolçu Vidadi Rzayev cari mövsüm ilk altılığa düşə bilməyən, özünə yeni baş məşqçi axtaran “Xəzər Lənkəran”ın indiki durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Xəzər Lənkəran” indiyə qədər gətirdiyi əcnəbi məşqçilərlə nəyə nail olub ki? O vaxt Ağasəlim Mircavadov bu komandaya böyük uğurlar qazandırıb. Xarici məşqçi gətirmək adına görə baş məşqçi təyin etməzlər. İndiki məqamda “Xəzər Lənkəran” üçün ən yaxşı variant yerli mütəxəssisdi. O vaxt “Qəbələ” də Toni Adamsı gətirdi. Amma o, heç komandanı ilk altılığa da çıxara bilmədi. Ramiz Məmmədov isə geri dönən kimi buna nail oldu. “Xəzər Lənkəran”ı da bu böhrandan ancaq yerli mütəxəssis çıxara bilər. Onların ilk altılıqdan kənarda qalmasına təəssüflənirəm. Bu, azarkeşlər üçün çox xoşagəlməz haldı”.