6 mart 2013 00:35
Yunis Hüseynov: XL-da heç bir mütəxəssis uzun müddət çalışa bilməz
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov cənub klubunun sükanı arxasında hansısa mütəxəssisin uzun müddət duruş gətirməsinin mümkün olmadığını bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənə hərdən elə gəlir ki, heç bir mütəxəssis Lənkəranda uzun müddət çalışa bilməz. Bunun fərqi yoxdu ki, həmin mütəxəssis yerlidi və ya əcnəbi. Mən bir ara deyirdim ki, komandaya əcnəbi mütəxəssis rəhbərlik etsəydi, daha yaxşı olardı. Amma indi bunu da deyə bilmirəm. Baş məşqçiyə nəticə qazanmaq üçün vaxt lazımdı. Tez-tez baş məşqçi dəyişikliyinə əl atmaq nəticələri daha da pisləşdirməkdən başqa heç nəyə xidmət etmir”.