5 mart 2013 12:52
Qəbələdə Qarabağla matç öncəsi şad xəbər
“Qəbələ” futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, Ramiz Məmmədovun komandası bu görüşə itkiylə hazırlaşır.
Belə ki, bu oyunun yarımmüdafiəçi Aleksandr Çertoqanovun buraxacağı dəqiqdi. Əvəzində komandanın aparıcı hücumçusu Viktor Mendi sıraya dönüb.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı. Cavab matçı isə martın 7-də keçiriləcək.
