5 mart 2013 14:07
Cavid İmamverdiyevə altı oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, öncə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları zamanı qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib:
“Simurq” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə aldığı üçün 6 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub (bu cəza kubok oyunlarına şamil edilir).
“Bakı” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
