5 mart 2013 14:16
Sumqayıtın məşqçisi azarkeşləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra Topaz Premyer Liqasının 22-ci turunun oyunları zamanı qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib:
“Kəpəz” – “Simurq” matçında “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Bakı” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Sumqayıt” matçının 67-ci dəqiqəsində “Sumqayıt”ın məşqçisi Mehman Yunusov azarkeşləri təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
AZAL – “Qəbələ” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Qəbələ”nin futbolçuları tərəfindən stadionun soyunub-geyinmə otağının pəncərəsi sınrırıldığı üçün “Qəbələ” dəymiş zərərə uyğun olaraq AZAL-ın təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
