5 mart 2013 14:20
AFFA-dan Qarabağa 13 min manatlıq cərimə, 1 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra Topaz Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “İnter” oyunundan sonra qeydə alınan münaqişəyə də hüquqi qiymət verilib:
“Qarabağ” – “İnter” matçı başa çatdıqdan sonra dəhlizdə insident baş verib və polis tərəfindən aradan qaldırılıb. İntizam Komitəsi baş vermiş hadisə ilə bağlı aşağıdakı qərarı qəbul edib:
İctimai əsayiş təmin olunmadığı üçün meydan sahibi klub 5000 manat cərimə olunur.
Stadionda baş vermiş intiamsızlığa görə meydan sahibi klub bir Topaz Premyer Liqası ev oyununu azarkeşsiz keçirir və klub 8000 manat cərimə olunur.
Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransinda iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur.
Topaz Premyer Liqası və I divizion klubları oyunlar zamanı təhlükəsizliyi maksimum dərəcədə təmin etsin.
