5 mart 2013 14:36
Sumqayıtın futbolçusuna bir oyunluq diskvalifikasiya verildi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatında və Birinci Divizionda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib:
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionatın 22-ci turunun “Xəzər Lənkəran” – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu İsmayıl Qəhrəmanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Azərbaycan Birinci Divizionunun 15-ci turunun “Neftçala” – “Energetik” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 20 manat cərimə olunub.
