5 mart 2013 14:51
Cavid İmamverdiyev: Səhvə yol vermişəm, indi də onun cəzasını çəkməliyəm
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı altı oyunluq diskvalifikasiya cəzasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu barədə heç nə deyə bilmərəm. Əgər belə bir cəza verilibsə, deməli, buna layiqəm. Sadəcə ona üzülürəm ki, komandama qarşıdakı kubok oyunlarında kömək edə bilmiyəcəm. Səhvə yol vermişəm, indi də onun cəzasını ödəməliyəm. Etdiyim hərəkət həqiqətən bağışlanmazdı. Mən səhvimi başa düşmüşəm və bunu bir daha təkrarlamayacağam”.

Qeyd edək ki, İmamverdiyev Zaqatalada keçirilən “Simurq” – “Neftçi” matçından sonra rəqib həmkarı Nenad Kisonun üzünə tüpürmüşdü və buna görə birbaşa qırmızı vərəqə almışdı.