7 mart 2013 01:35
Juventus və PSG də 1/4 finalda! (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ən çox maraq doğuran oyunu İngiltərədə "Manchester United"lə "Real" arasında keçirilib. Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə başa çatmışdı. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edirdi. "Real" isə növbəti mərhələyə keçmək üçün ya qələbə qazanmalı, ya da birdən artıq qolla istənilən heç-heçəyə nail olmalıydı. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, sonda qələbəni qonaqlar bayram ediblər. Nəticədə, 1/4 finala "Real" yüksəlib.
Digər görüş isə Almaniyada baş tutub. Belə ki, Dortmundun "Borussia" komandası Ukrayna "Şaxtyor"u ilə görüşüb. Xatırladaq ki, ilk matç 2:2 hesabı ilə başa çatdığından cavab matçında azarkeşləri maraqlı oyun gözləyirdi. Almaniya təmsilçisi doğma meydanda 3 cavabsız qolla qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.
İkinci oyun günündə “Juventus” səfərdə məğlub etdiyi “Celtic”i qəbul edib. İtaliya təmsilçisi cavab matçında da inamlı qələbə qazanmaqla mərhələ adlayıb. Fransada isə PSG “Valencia” səddini keçməyə çalışıb. Qarşılaşma sülhlə bitib. Bu üzdən də səfərdə qələbə qazanmış fransızlar adlarını növbəti mərhələyə yazdırıblar.
UEFA Çempionlar Liqası
1/8 final (cavab oyunları)
5 mart
5 mart
Borussia (Dortmund, Almaniya) – Şaxtyor (Ukrayna) - 3:0 (ilk oyun – 2:2)
Qollar: Auqusto, 31, Qotse, 37, Blaşikovski, 59.
Manchester United (İngiltərə) - Real (İspaniya) - 1:2 (1:1)
Qollar: S.Ramos, 48-öz qapısına - Modriç, 66, Ronaldo, 69.
6 mart
Juventus (İtaliya) – Celtic (Şotlandiya) - 2:0 (3:0)
Qollar: Matri, 24, Kvalyarella, 65.
PSG (Fransa) – Valencia (İspaniya) - 1:1 (2:1)
Qollar: Lavetsi, 66 - Yonas, 55.
Bu mərhələnin digər oyunları gələn həftə keçiriləcək:
12 mart: Schalke (Almaniya) – Galatasaray (Türkiyə), Barcelona (İspaniya) – Milan (İtaliya).
13 mart: Bayern (Almaniya) – Arsenal (İngiltərə), Malaga (İspaniya) – Porto (Portuqaliya).
