5 mart 2013 15:15
Azərbaycan millisi Latviya ilə 2 yoxlama oyunu keçirəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Latviyaya təlim-məşq toplanışına yollanır. Azerisport.az xəbər verir ki, komandamız martın 24-dən 30-dək bu ölkədə hazırlıq prosesi keçəcək.
Aslan Kərimovun yetirmələri toplanış zamanı iki yoxlama oyununa da çıxacaqlar. U-16-nın rəqibi Latviyanın eyni yaşlı futbolçulardan ibarət yığması olacaq.
Latviya – Azərbaycan duellərindən birincisi martın 28-də baş tutacaq. Digər oyun isə ayın 30-da keçiriləcək.
