6 mart 2013 17:07
Ramiz Məmmədov: Qarabağ indi 1:0 öndədi
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AZAL-la oyundakı darmadağından (1:6) sonra məşqçilər korpusu futbolçuları özünə gətirməyə çalışır. Artıq həmin yenilgini unutmuşuq desəm, səhv olar. Amma bizə qarşıdakı oyunda uğur qazanmaq üçün hər şeyi unutmaq lazımdı. “Qarabağ”a qarşı layiqli mübarizə aparmaq üçün komanda özünü daha yaxşı hiss etməlidi. Nəzərə alsaq ki, doğma meydanda 1:1 hesablı heç-heçə ilə kifayətlənmişdik, üstünlük rəqibin tərəfindədi. Demək olar ki, “Qarabağ” 1:0 öndədi. İndi biz bunun əvəzini çıxmalıyıq. Əgər bu il avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, kubokda uğurlu çıxış etməyə borcluyuq”.