6 mart 2013 17:35
Elhad Nəziri: Rapidlə oyunda debüt etmək istəyirəm
Futbol üzrə Azərbaycan yığmasının və Rumıniyanın “Petrolul” klubunun müdafiəçisi Elhad Nəziri komandasının martın 9-da “Rapid”ə qarşı keçirəcəyi oyunda debüt etmək istəyir. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Hazırda oynamağım üçün heç bir problem yoxdu. Komanda ilə birgə hazırlaşıram. Debüt matçıma çıxmaq istəyirəm. Sadəcə, komanda son turlarda yaxşı çıxış edir. Necə deyərlər, qalib heyəti dəyişməzlər. Ona görə mən də öz şansımı gözləyirəm”.