6 mart 2013 18:06

Acıbadəm Azərbaycandakı əlaqələrini daha da möhkəmləndirəcək

“Acıbadem” Sağlamlıq Qrupunun Bakıdakı əlaqələndirici ofisində xəstəxanalar şəbəkəsinin Azərbaycandakı tərəfdaşları – “Qəbələ” və “Bakı” klublarının nümayəndələri və jurnalistlərlə görüş keçirilib. Azerisport.az xəbər verir ki, Acıbadem Sağlamlıq Qrupunda fəaliyyət göstərən və Azərbaycan futbol ictimaiyyətinin yaxından tanıdığı Professor Mehmet Binnetin iştirak etdiyi görüşdə “Qəbələ” baş məşqçi Ramiz Məmmədov, marketinq meneceri Səməd Nəsibov və futbolçu Viktor Mendi ilə təmsil olunub.
 
Toplantı zamanı Mehmet Binnet görüş iştirakçılarına “Acıbadem”in  Azərbaycandakı işgüzar əlaqələri, tərafdaşları və gələcək planları barədə məlumat verib. Binnət çıxışı zamanı Azərbaycanla əlaqələri genişləndirməyi planlaşdırdıqlarını söyləyib. Görüşdə keçmiş karyerasına toxunan professor “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovla dost münasibətinin olduğunu da vurğulayıb: 
 
"Azərbaycandan bir çox idmançını əməliyyat etmişəm. Onlardan bəlkə də ən çətini Ramiz Məmmədovun zədəsi idi. “Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma çox ağır vəziyyətdə gəlmişdi. İndi biz çox yaxın dostuq. Mənə azərbaycanlı idmançılarla işləmək çox xoşdu. Çünki əslim azərbaycanlıdır. Vaxt var idi türkiyəli idmançılar da Almaniyaya qaçardılar. Amma indi biz özümüz onları müalicə edə bilirik. Hətta xaricdən bizim yanımıza gəlirlər. Artıq hər cür şəraitimiz var. Sizin həkimlərə hələ vaxt lazımdı. Fikrimcə, 5-10 ildən sonra sizin oyunçuların da harasa getməsinə ehtiyac qalmayacaq". 
 
Baş məşqçi Ramiz Məmmədov da öz növbəsində “Acıbadem” Sağlamlıq Qrupuna və Professor Mehmet Binnətə təşəkkürünü bildirib. “Qəbələ” Futbol Klubunun “Acıbadem”lə tərəfdaşlığından məmnun olduğunu bildirən Məmmədov zaman ötdükcə tərəflər arasında əlaqələrin genişlənəcəyinə inandığını bildirib.
 
Görüşün sonunda Mehmet Binnet jurnalistlərin suallarını cavablandırıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.