6 mart 2013 18:24

Elvin Məmmədov: Əsas odu ki, Bandoviçin seçəcəyi taktika bizə uğur gətirsin

“Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”lə oyuna hazırlıqlar necə gedir?
- “Rəvan” üzərindəki qələbədən sonra komandada əla atmosfer hökm sürür. Hər şey yaxşıdı. Kubok oyununda da oxşar uğura imza atmaq, yarımfinala çıxmaq istəyirik. Güclü komandaya qarşı oynamalıyıq. Buna baxmayaraq, onları məğlub etmək olar. Əgər Avropa Liqasına vəsiqə qazanmaq istəyiriksə, kubokun qalibi olmalıyıq.
 
- “Bakı” son dövrlər qələbə qazana bilmir...
- “Bakı” da güclü komandadı. Sadəcə, hələ öz gücünü tam olaraq nümayiş etdirə bilmir. Son turlarda diqqət etmisizsə, daha yaxşı oynamağa başlamışıq. Fikrimcə, biz “İnter”i keçəcək gücdəyik.
 
- Ev oyunundakı heç-heçədən sonra komandanız nəyə ümid edir?
- Əlbəttə, ilk oyunun nəticəsi rəqibə daha sərf edir. Amma biz Bojidar Bandoviçin istənilən tapşırığını yerinə yetirməyə hazırıq. Əsas odu ki, baş məşqçinin seçəcəyi taktika bizə xeyir gətirsin.
 
- Bandoviçin ilk oyunda Aqil Nəbiyevi hücumda oynatması faydalı olmuşdu...
- Bu dəfə necə olacağını deyə bilmərəm. Amma ümid edirəm ki, “İnter”i məğlub edə biləcəyik.
 
- “Bakı”nın ilk altılıqdakı hədəfləri nədən ibarətdi?
- Əsas hədəfimiz ilk altılığa düşmək idi. Komanda ilk altılıqdan kənar qalmaq təhlükəsiylə üz-üzə olduğuna görə çox stress keçirdi. Amma indi hamı özünü çox yaxşı hiss edir. İndi daha üst pillələrə çıxmağa çalışmalıyıq.
 
- Turnir cədvəlinə baxmısız? Üçüncü yerdə gedən “Qarabağ”dan doqquz xal geri qalırsız...
- Final mərhələsində keçirəcəyimiz bütün oyunlar əsas rəqiblərimizə qarşı olacaq. Ona görə də hər şey öz əlimizdədid. Qələbə qazanmalı, üst pillələrə qalxmağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.