6 mart 2013 18:43
Neftçi Bakcell Arenada xüsusi kameralar quraşdırdı
“Neftçi”nin xarici şirkətlərlə müqaviləsinə əsasən klubumuzun oyunlarında futbolçuların fərdi keyfiyyətlərinin tam şəkildə analizi məqsədilə, “Bakcell” Arenada müxtəlif rakurslarda xüsusi kameralar quraşdırılıb. Azerisport.az xəbər verir ki, "Neftçi"nin sifarişi ilə xarici şirkət nümayəndələri tərəfindən 3 gün ərzində stadionda müvafiq hazırlıq işləri aparılıb.
Müqaviləyə əsasən “Neftçi” PFK-nın bütün oyunlarında futbolçuların fiziki aktivliyi və göstəriciləri tam şəkildə analiz edilərək operativ surətdə “Neftçi” PFK-ya təqdim ediləcək.
