6 mart 2013 12:05

Adrian Pit: Xəzər Lənkəran hər oyunda eyni aqibəti yaşadı

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pitin azerisport.az saytına müsahibəsi
 
- “Sumqayıt”a evdə qalib gələ bilməməyiniz ilk altılığa düşə bilməməyiniz qədər gözlənilməz oldu...
- Biz yenə erkən qol buraxdıq. Hətta ikinci hissənin də əvvəlində bizə qol vurdular. Mən niyə belə alındığını bilmirəm. Amma bir şeyi bilirəm ki, bizim əsas problemimiz bu mövsüm çox qol buraxmağımızdı.
 
- Komandanız ilk dəfə medallar uğrunda mübarizədən kənar qalmalı oldu...
- Bəli. Amma “Xəzər Lənkəran” ikinci altılığa düşməməliydi. Amma nə etmək olar? Futbolda hər şey olur. Biz buna görə əlimizi yanımıza salmamalıyıq. Mübarizə aparmaaq, qələbə qazanmaq lazımdı.
 
- Sizcə, mövsümün boşa verilməsinin əsas səbəbi nə oldu?
- Bilmirəm. Şəxsən mənim üçün görünən meydandakı problemlər idi. Komanda qol vurmağı bacarırdı. Amma eyni zamanda da qollar buraxırdı. Əgər komanda hər hissəyə azı bir qol buraxırsa, bununla heç nə əldə etmək olmaz. Bu, yenə bir-iki oyunda baş versəydi, anlamaq olardı. Amma bizdə az qala hər oyunda eyni aqibət oldu.
 
- Bəlkə, baş məşqçi dəyişikliklərinə ehtiyac yox idi? Çünki Karles Bakeslə nəticə qazana bilmədiniz...
- Razıyam, nəticə qazana bilmədik. Təbii ki, baş məşqçi dəyişikliklərinin də rolu var idi.
 
- Yəqin ki, komanda indi tam olaraq kubok oyununa köklənib?
- Biz kubokda qalib gəlməyə borcluyuq. İndi bu, bizim mövsümü xilas etmək üçün yeganə şansımızdı.
 
- İlk oyunda qələbə qazanmağınız şanslarınızı artırır...
- Əlbəttə, səfər qələbəsi belə kubok oyunlarında çox böyük üstünlükdü. Bu, bizim üçün yaxşı nəticədi. Amma cavab matçında da qələbə qazanmaq, qol vurmaq lazımdı. Növbəti mərhələyə çıxmaq bizim üçün çox vacibdi. Bizim qarşımızda hər oyunda yalnız bir vəzifə durur: qələbə qazanmaq.
 
- İkinci altılıqda çıxış etmək üçün motivasiya olacaq?
- Rəqbin kim olmasındana asılı olmayaraq, mübarizəmizi sona qədər davam etdirəcəyik. Bütün gücümüzlə mübarizə aparıb, ikinci altılığın qalibi olmalıyıq. Amma əsas diqqətimizi Azərbaycan kubokuna yönəldəcəyik.
 
- “Xəzər Lənkəran” kubokda da uğur qazana bilməsə, Adrian Pitin qərarı komandadan getmək olmayacaq ki?
- Mən “Xəzər Lənkəran”dan getməyə hazırlaşmıram. Klubumla 2014-cü ilədək müqaviləm var. Heç bu haqda indi düşünmürəm də. İndi bütün fikirlərim “Rəvan”la oyuna yönəlib. Burda olduğuma görə şadam. Həmişə komandam üçün maksimum gücümlə mübarizə aparmışam. Ümid edirəm ki, gələcəkdə biz daha yaxşı futbol sərgiləyəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.