7 mart 2013 00:15
Millimizin üzvü Super Liqa matçına hazırlaşır (FOTOLAR)
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Eskişehirspor” klubunun müdafiəçisi Ufuk Budak artıq komandasının hazırlıqlarında fəal iştirak edir. Azerisport.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən millimizin üzvü Super Liqanın 25-ci turunun “Karabükspor”la oyununa hazırlaşır.
Lakin Ufukun bu qarşılaşmada iştirak edib-etməyəcəyi hələ dəqiq deyil. Qeyd edək ki, Budak hələ də bu komandanın əsas heyətində debüt edə bilməyib.
