7 mart 2013 00:46
ÇL və Avroliqanın 1/4 final mərhələsinin püşkü nə vaxt atılacaq?
UEFA Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən mərasim martın 15-də UEFA-nın Nyon şəhərindəki mənzil qərargahında keçiriləcək.
ÇL-in püşkatması Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Avroliqanın püşkatmasının isə 15:40-da başlaması nəzərdə tutulub.
ÇL-in 1/4 finalının oyunları 2-3 və 9-10 aprel tarixlərində, Avroliqanın 1/4 final mərhələsinin qarşılaşmaları isə aprelin 4-də və 11-də baş tutacaq.
Qeyd edək ki, bu mərhələdə bir ölkənin iki komandası bir-birinə rəqib ola biləcək.
