7 mart 2013 00:53
Rəvan Xəzər Lənkəranla oyuna hazırdı
"Rəvan” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu üçün artıq Lənkərandadı. Azerisport.az xəbər verir ki, komanda uzun yol yorğunluğunu təxminən 2-3 saatlıq istirahətlə çıxardıqdan sonra Lənkəran şəhər mərkəzi stadionuna yollanıb.
17:00-da başlayan və 1 saat davam edən məşqdə futbolçular isinmə hərəkətlərindən sonra əvvəlcə azacıq da olsa, fiziki hazırlıq üzərində çalışıb. Ardından "kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda qapıya zərbələr üzərində də işləyiblər.
Qeyd edək ki, zədədən əziyyət çəkən və bu üzdən "Bakı” ilə oyunda forma geyməyən Nikolay Orlovskinin durumu qənaətbəxşdi. Onun Lənkəranda meydana çıxacağı gözlənilir. Amma komandanın digər legioneri Samuel Barlay zədəlidi və o, "Xəzər Lənkəran”a qarşı matçda iştirak etməyəcək.
