6 mart 2013 13:37

Mehmet Binnet: Sadıqov ayağına görə çox qorxurdu

Tanınmış türkiyəli həkim Mehmet Binnetin azerisport.az saytına müsahibəsi
 
- Siz azərbaycanlı idmançılarla çoxdan çalışırsız?
- Bəli, kifayət qədər uzun müddətdi. Niyaməddin Paşayevi müalicə edəndən sonra o, dünya çempionu oldu. Mən hələ Ramiz Məmmədovu da əməliyyat etmişəm. “Qəbələ”nin indiki baş məşqçisi o vaxt mənim yanıma qırılmış ayaqla gəlmişdi. İndi biz çox yaxın dostuq. Mənə azərbaycanlı idmançılarla işləmək çox xoşdu. Çünki əslim buralıdı. Vaxt var idi türkiyəli idmançılar da Almaniyaya qaçardılar. Amma indi biz özümüz onları müalicə edə bilirik. Hətta xaricdən bizim yanımıza gəlirlər. Artıq hər cür şəraitimiz var.

 
- Bəs sizdə bizim həkimlərdə olmayan nə var?
- Təcrübə. Sizin həkimlərə hələ vaxt lazımdı. Sizin həkimlər bizə gəlirlər ki, onlara kömək edək. Fikrimcə, 5-10 ildən sonra sizin oyunçuların da harasa getməsinə ehtiyac qalmayacaq.
 
- Azərbaycanlı futbolçularla necə işləyirsiz?
- Mən hələ Türkiyə Futbol Federasiyası ilə çalışan dövrdə də bizim qarşımıza məqsəd qoymuşdular ki, sizin oyunçulara da kömək edək. Bir çox əməliyyatları pulsuz edirdik.
 
- Hansı əməliyyat daha çətin olub?
- Ən çətin əməliyyat Ramiz Məmmədovda olmuşdu. Elə Romal Hüseynovla da bağlı oxşar vəziyyət idi. Ceyhun Sultanovda da çətin keçmişdi. Ən asan əməliyyat isə Rəşad Sadıqovda olmuşdu. O, öz ayağının aqibətinə görə çox qorxurdu. Amma sonda hər şey çox yaxşı qurtardı.
 
- Süni meydançalar futbolçular üçün nə dərəcədə ziyandı?
- Ən çox zədələr də məhz belə meydançalarda olur. Amma onu da deməliyəm ki, son dövrlər inşa olunan stadionların süni örtüklü meydançaları futbol oynamaq üçün çox yaxşıdı. Sadəcə, köhnə örtüklərlə bağlı problemlər olur. Hər halda təbii örtük hamısından yaxşıdı.
 
- Türkiyədə hansı ulduz futbolçuları əməliyyat etmisiz?
- Fatih Terimi əməliyyat etmişəm. Həmçinin Türkiyə yığmasının qapıçısı Rüştü Reçber də mənim pasientlərimdən olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.