7 mart 2013 19:52

Qarabağ, Neftçi, Bakı və XL yarımfinalda! (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.
 
Günün daha tez başlayan görüşündə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşıb. Bu dəfə də ilk oyundakı kimi heç-heçə qeydə alınıb. Amma səfərdə iki qol vurması “Bakı”nı yarımfinala çıxarıb.
 
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış daha iki komanda - “Qarabağ” və “Qəbələ” Bakıda üz-üzə gəlib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Nəticədə, səfərdəki məhsuldar heç-heçə Ağdam klubunun yarımfinala çıxmasına şərait yaradıb.
 
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi yenə Bakıda baş tutub. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”nin qonağı olub. İlk oyunda olduğu kimi, bu dəfə də tərəflər əsas vaxtda hesabı aça bilməyiblər. Yalnız əlavə vaxtın son saniyələrinə gələn qol "Neftçi"ni növbəti mərhələyə çıxarıb.
 
Ən nəhayət, 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşıb. Meydan sahibləri ilk oyunda oluğu kimi, bu dəfə də qələbə qazanıblar və mərhələ adlayıblar.
 
Azərbaycan Kuboku
1/4 final mərhələsi (cavab oyunları)
7 mart
 
QARABAĞ – QƏBƏLƏ - 0:0 (1:1)
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Elşən Acalov, Namiq Bəkirov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
10. Komandalar daha çox meydanın mərkəzində mübarizə aparırlar
15. Qapılar qarşısında təhlükəli vəziyyətlər demək olar ki, yoxdu
23. "Qarabağ" ilk korner vuruşunu uğursuz yerinə yetirir
35. Tərəflərin qarşılıqlı hücumları demək olar ki, heç bir bəhrə vermir
36. M.Muarem oyunda ilk sarı vərəqənin müəllifi olur
40. "Qəbələ" daha istəkli görünür, bunu da başa düşmək olar
42. B.Hüseynov sarı vərəqə alır
45. İlk hissəyə 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. D.Kelharla A.Aqolli sarı vərəqə alır
51. Kamanan rəqib qapısına yol tapsa da, hakim ofsayd qeydə alır
56. "Qarabağ" korneri qola çevirə bilmir
67. Muaremi R.Almeyda əvəzləyir
70. "Qəbələ" daha istəkli görünsə də, qol vurmaqda çətinlik çəkir
72. Assis yerini Mendiyə verir
75. "Qarabağ" daha bir korneri boşa verir
76. R.Abdullayevi Ş.Xəlilov əvəzləyir
81. Ə.İsmayılovu İ.Qurbanov əvəzləyir
81. Q.Qarayev sarı vərəqə alır
86. Kelharın əvəzində meydana M.Dabo çıxır
89. M.Varvodiç iki ardıcıl epizodda komandasını real qoldan xilas etdi
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. Q.Qarayevin zərbəsi qapının üstündən keçir
90+2. V.Cavadovu H.Əhmədov əvəzləyir
Matç başa çatdı
Bu heç-heçə "Qarabağ"ı ilk oyundakı səfər qolu sayəsində növbəti mərhələyə çıxarır
 
NEFTÇİ – SİMURQ - 1:0 (0:0)
Qol: Flavinyo, 120 (1:0).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev.
Bakı. Baksel Arena.
 
Oyun başladı
"Neftçi" ilk dəqiqələrdən üstünülüyü ələ alıb
Sadiqov qapıçı ilə üz-üzə qalsa da, qol vura bilmir
Popoviçin zərbəsi qapıdan yan keçir
"Neftçi" hesabı açmağa yaxın olsa da, Vobayın zərbəsi qapının üstündən keçir
"Neftçi" daha çox hücum etsə də, "Simurq" diqqətlə müdafiə olunur
Abdullayevin zərbəsi zamanı dirək qonaqları qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
 "Neftçi" yenə fəaldı
Bakılıların təhlükəli hücumunu Petrkeviç zərərsizləşdirir
Bojiçin zərbəsi qapıdan yan keçir
72. M.Bojiç qırmızı vərəqə alaraq, "Simurq"u azlıqda qoyur
"Neftçi" daha çox hücum etsə də, qol vura bilmir
"Simurq" azlıqda qalan sonra heç əks-hücumlara da cəhd göstərmir
Matçın əsas vaxtı başa çatır. İlk oyun da qolsuz bitdiyi üçün, qalibi əlavə vaxtda müəyyənləşdirmək lazım gələcək
Əlavə vaxt başladı
Vobayın zərbəsini qapıçı qaytarır
İlk 15 dəqiqə də qolsuz bitir
Son 15 dəqiqə start götürdü
Komandalar daha çox uzaqdan zərbələrə üstünlük verirlər
120. Flavinyo nəhayət ki, son dəqiqədə hesabı açır - 1:0
Oyun başa çatdı
Beləcə, Azərbaycan çempionu çətinliklə də olsa, adını yarımfinala yazdırır!
 
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 4:1 (2:1)
Qollar: A.Ramazanov, 8 (1:0), L.Olguin, (2:0), M.Adamoviç, 67 (2:1), A.Ramazanov, 84-pen (3:1), A.Ramazanov, 89 (4:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Lənkəran şəhər stadionu.
 
Oyun başladı
XL topa daha çox nəzarət edir
Ramazanov dəqiq zərbə ilə hesabı açır - 1:0
XL qoldan sonra da hücumlarını davam etdirir
"Rəvan" əks-hücumlarda nəsə etməyə çalışır
Əmirquliyevin zərbəsini "Rəvan"ın qapıçısı dəf edir
Ramazanov qapıçı ilə üz-üzə qalsa da, zərbəsini Sapela qaytarır. Amma Olguin təkrar zərbə ilə ikinci qolu vurur - 2:0
XL-da daha bir qol vurmağa yaxın olsa da, "Rəvan"ın qapıçısı yerindədi
Birinci hissə başa çatdı
İkinci hissə başladı
XL az qala üçüncü qolu vuracaqdı. Qonaqların bəxti gətirir
Olguin sarı vərəqə alır
"Rəvan" fərqi azaldır: Adamoviç fərqlənir - 2:1
84. N.Orlovski penaltiyə səbəb olur və birbaşa qırmızı vərəqə ilə meydandan qovulur
84. A.Ramazanov penaltini dəqiq yerinə yetirir və "Rəvan"ın bütün ümidlərinin üstündən xətt çəkir - 3:1
89. Ramazanov özünün üçüncü, komandasının dördüncü qoluna imza atır - 4:1
Matç başa çatdı
Hər iki oyunda qazandığı qələbələr "Xəzər Lənkəran"ı yarımfinala çıxarır!
 
İNTER – BAKI - 2:2 (ilk oyun  1:1)
Qollar: A.Şoliç, 32 (0:1), B.Sxadadze, 42 (1:1), B.Sxadadze, 60 (2:1), Ş.Əliyev, 68 (2:2)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.
Bakı. “Şəfa” stadionu.
 
Oyun başladı
5. Komandalar ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
10. Oyunda ilk təhlükəli vəziyyəti meydan sahibləri yaratsa da, Karqbo anında topu uzaqlaşdıra bilir
12. "Bakı" kornerdən uğurlu yararalana bilmir
19. "Bakı" cərimə zərbəsi qazanır: Ristoviçin zərbəsi müdafiəçilərdən dönür
19. Qonaqlar daha bir korneri boşa verirlər
25. Oyun daha çox meydanın mərkəzində keçir
28. B.Sxadadze simulyasiyaya görə sarı vərəqə ilə cəzalandı
32. A.Şoliç müdafiəçilərdən sıyrılıb, qapıya zərbə endirir. Rəqib müdafiəçiyə toxunan top trayektoriyasını dəyişdiyi üçün Lomayanı da çaşdırır və qapıya daxil olur - 0:1
38. Penanın təhlükəli cərimə zərbəsini Lomaya dəf edə bilir
40. "İnter" penaltidən istədiyi kimi yararlana bilmir
42. Sxadadze cərimə meydançası həndəvərindən çox effektli zərbə ilə möhtəşəm qola imza atır - 1:1
45. "Bakı"nın çox təhlükəli hücumu zamanı Ristoviçin zərbəsi qapı tirinə tuş gəlir
45. İlk yarıya iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Nuredinoski qonaqları real qoldan xilas edir
"Bakı" topa daha çox nəzarət edir
60. Sxadadze özünün və komandasının ikinci qolunu vurur - 2:1
68. Cərimə zərbəsi zamanı Ş.Əliyev əla qolla hesabı yenidən bərabərləşdirir - 2:2
Bu heç-heçə "Bakı"ya sərf edir
86. Şoliçi F.Elmas əvəzləyir
88. Georgiyevskini Niasse əvəzləyir
90+2. Nuredinoski sarı vərəqə alır
Matç başa çatdı
Beləliklə, səfərdə daha çox qol vurması "Bakı"nın Azərbaycan Kubokunun yarımfinalına çıxarır!
 
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 13. Coşqun Diniyev, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse.
BAKI: 82. Edin Nuredinoski, 29. Əziz Quliyev, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 14. Elvin Əliyev, 7. Deyvidas Çesnauski, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 22. Risto Ristoviç, 77. Aleksandar Soliç, 24. Marius Pena.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 8. Junior Vilson, 17. Mario Rubio, 28. Ferdi Elmas, 19. Nurlan Novruzov, 23. Rauf Əliyev, 3. Denis İvanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.