6 mart 2013 14:17
Sumqayıt Turanla oyunun hazırlığına start verdi
Topaz Premyer Liqasının təsnifat mərhələsinin son oyununda səfərdə "Xəzər Lənkəran"la heç-heçə edən (2:2) "Sumqayıt" ikinci "altılığ"ın "Turan"la keçiriləcək ilk matçı üçün hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, bir günlük istirahətin artından komanda bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır. Əvəzedici komandadan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da əsas komandaya cəlb olunub.
Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunun vaxtı hələ müəyyənləşməyib.
