7 mart 2013 01:54
Neftçi - Simurq qarşılaşması 1 manata
Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində, 7.3.2013-cü il tarixində keçiriləcək “Neftçi” - “Simurq” matçının biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, azarkeşlər biletləri oyunun təşkil olunacağı "Bakcell" Arenanın kassalarından ala bilərlər. Biletlərin qiyməti 1 manatdı.
