6 mart 2013 15:17
“Rəvanla cavab oyunu ilk matçdan daha çətin olacaq”
“Xəzər Lənkəran”ın baş məşqçisi əvəzi Emin Quliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Rəvan”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu matç bizim üçün çox vacibdi. “Xəzər Lənkəran” ilk altılığa düşə bilmədi. Ona görə də indi bizim yeganə şansımız kubokla bağlıdı. Fikrimcə, yarımfinala çıxmaq üçün yaxşı şansımız var. Biz səfərdəki ilk oyunda qələbə qazanmışdıq. Cavab oyunu ilk matçdan daha çətin olacaq”.