6 mart 2013 15:53
Böyükağa Hacıyev: Neftçiyə sadəcə öz futbolunu sərgiləmək lazımdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Simurq”la cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk oyun qolsuz başa çatmışdı. İndi hər iki komandanın şansları bərabərdi. “Neftçi” ev oyunlarında həmişə qələbə haqda düşünür. Biz öz qarşımıza yüksək hədəflər qoymuşuq. Qızıl dubl etmək istəyirik. Uşaqlar bilirlər ki, hər şey özlərindən asılıdı. Komandada əla atmosfer hökm sürür. Fikrimcə, “Neftçi” “Simurq”u keçə bilər. Bunun üçün sadəcə öz futbolumuzu oynamağımız lazımdı”.