6 mart 2013 16:25

Mario Bojiç: Popoviç Neftçiyə minimum bir qol vuracaq

“Simurq”un yarımmüdafiəçisi Mario Bojiçin azerisport.az saytına müsahibəsi
 
- “Simurq” “Neftçi” ilə cavab oyununda nəyə ümid edir?
- İlk oyundakı qolsuz heç-heçə bizim üçün çox yaxşı şans yaradıb. Amma biz ölkənin ən yaxşı komandası ilə qarşılaşacağıq. Buna baxmayaraq, uduzmağa hazırlaşmırıq.
 
- Mərhələ adlamaq üçün necə oynamağı düşünürsüz?
- Müqavimət göstərməyi düşünürük. İstənilən qollu heç-heçə də bizi yarımfinala çıxara bilər.
 
- Bunun üçün qol vurmaq lazımdı. Amma bu mövsüm “Neftçi”nin qapısına cəmi bircə dəfə qol vura bilmisiz...
- Başa düşürük ki, çətin olacaq. Amma bu, bizim bir və ya iki qol vurmağımıza əngəl ola bilməz. Çalışmaq lazımdı.
 
- “Simurq”un bu il ən yaxşı bombardiri məhz siz sayılırsız. “Neftçi”yə də qol vura biləcəksiz?
- Bizdə qol vura biləcək kifayət qədər futbolçu var. Zdravko Popoviç minimum bir qol vuracaq. Hər gün onunla məşq edirəm və nəyə qadir olduğunu bilirəm. Bilirsiz, biz elə komandayıq ki, istənilən rəqibə qalib gələ bilərik. Eyni zamanda da uduza bilərik. Ona görə də rəqiblərimizə “Simurq”la oynamaq həmişə çətin olur.
 
- 2013-cü ildə komandanız qələbə qazana bilir. Qollu heç-heçəyə də buna görə çox ümid bəsləyirsiz?
- Heç-heçə bizim üçün ən sərfəli və mümkün nəticələrdən biridi. Amma şübhəsiz ki, meydana qələbə qazanmaq üçün çıxacağıq. Qələbə qazanmamağımıza gəlincə, bu, təbii ki, çox üzücüdü. Bəzi oyunlarımız oldu ki, qələbəyə çox yaxın olsaq da, bəxtimiz gətirmədi.
 
- “Simurq” həm kubokda yarımfinalı özü üçün təmin edə bilməyib, həm də çempionatda işlər o qədər də qaydasında getmir. Hansı turnirdə uğur qazanmağa ümidlisiz?
- Mən turnirlər araısnda seçim etmək fikrində deyiləm. Avrokuboklara hər iki turnir vasitəsilə yollana bilərik. Hansında alınacaq, onunla da buna nail olacağıq. Əsas odu ki, buna böyük istək var. Həm Premyer Liqada medalçılar sırasına düşmək şansımız qalır, həm də kuboku qazanmaq. Ona görə də mübarizəmizi sona qədər davam etdirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.