7 mart 2013 17:52
Yığmamızın forvardı məşqlərə başladı
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, Türkiyənin “Sivasspor” klubunda çıxış edən millimizin forvardı Super Liqanın 25-ci turunun “Antalyaspor”la oyununa hazırlaşır.
Lakin Özkara hələlik fərdi məşqlərlə kifayətlənir. Onun “Antalyaspor”a qarşı oynayıb-oynamayacağı bilinmir.
