7 mart 2013 18:18
“İnter kimi komandaya iki qol vurmaq əsl uğurdu”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Komandamın oyunundan razıyam. Şadam ki, yarımfinala çıxdıq. Biz taktikamızı dəyişmişdik. Bu gün rəqibdən daha yaxşı təsir bağışladıq. Belə bir komandaya iki qol vurmaq əsl uğurdu”.
“Komandamın oyunundan razıyam. Şadam ki, yarımfinala çıxdıq. Biz taktikamızı dəyişmişdik. Bu gün rəqibdən daha yaxşı təsir bağışladıq. Belə bir komandaya iki qol vurmaq əsl uğurdu”.
