7 mart 2013 20:00
Azərbaycan Kuboku: 1/2 finalın cütlükləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunlar 1/4 final mərhələsində rəqiblərindən güclü olan “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran” və “Qarabağ”dı.
Artıq bu komandaların yarımfinal mərhələsində hansı cütlüklərlə mübarizə aparacağı da bəllidi. Belə ki, növbəti mərhələdə “Bakı” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. “Neftçi” isə “Qarabağ”la qarşılaşacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 17-də, cavab görüşləri isə ayın 24-də keçiriləcək.
