7 mart 2013 20:38
Böyükağa Hacıyev: Bəzi futbolçulardan narazı qaldım
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində “Simurq”la qarşılaşan “Neftçi” oyunun 120-ci dəqiqəsində Flavinyonun vurduğu qolla mərhələni keçən tərəf oldu. Qarşılaşmadan sonra “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev bunları dilə gətirib:
“Ağır oyun idi, hər iki komanda yaxşı çıxış etdi. Bəzi futbolçulardan narazı qaldım, onlar meydanda sanki yatmışdılar. Komandaya istirahət verilməyəcək. Sabahdan etibarən çempionatda “Bakı”ya qarşı keçirəcəyimiz oyuna hazırlaşacağıq”.
