7 mart 2013 20:44
“Bojiçin aldığı qırmızı vərəqə oyunumuza təsir etdi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gürcüstanlı mütəxəssis 0:1 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
“Ağır oyun olacağını bilirdim. Yaxşı oyun oldu, əks-hücumlarda oynadıq. Mario Bojiçin aldığı qırmızı vərəqə oyunumuza təsir etdi. Məğlub olduğumuz üçün təəssüflənirəm”.
