7 mart 2013 20:50
Qurbanovla Məmmədovdan heç-heçə şərhi
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” oyununda hesab açılmadı - 0:0. Azerisport.az xəbər verir ki, səfər meydanında vurulan qolun üstünlüyü sayəsində Ağdam təmsilçisi növbəti mərhələdə “Neftçi”nin rəqibi oldu. Oyundan sonra komandaların baş məşqçiləri oyunla bağlı bunları dilə gətiriblər.
Ramiz Məmmədov, “Qəbələ” klubunun baş məşqçisi: “Komandanın göstərdiyi oyundan razı qaldım. Üç real qol epizodundan istifadə edə bilmədik. Bəxt bu gün “Qarabağ”ın tərəfində oldu”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “İlk oyunda qazandığımız sərfəli nəticə bu gün işimizə yaradı. Komanda sona kimi mübarizə apardı, lazımi nəticəni qazandıq. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq”.
