7 mart 2013 21:05
Simurqun futbolçuları Neftçiyə məğlubiyyətin acığını qapı və şüşələrdən çıxdılar
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” – “Simurq” oyunundan sonra qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, məğlubiyyəti həzm edə bilməyən qonaq komandanın bəzi oyunçuları soyunub-geyinmə otağının şüşələrini və qapısını sındırıblar.
Qeyd edək ki, oyunun AFFA-dan olan nümayəndəsi hadisə ilə bağlı qeydlər aparıb. Bu məsələyə qurumun İntizam Komitəsinin iclasında baxılacağı gözlənilir.
Xatırladaq ki, “Simurq” “Neftçi” ilə oyunun əlavə vaxtının son dəqiqəsində qol buraxaraq kubokda mübarizəni dayandırıb.
