8 mart 2013 00:12
Yarımfinala bir prinsipial, bir əzəli rəqabətlə
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vuruldu. Azerisport.az xəbər verir ki, bu mərhələnin bütün cavab görüşləri eyni gündə baş tutdu.
Günün daha tez başlayan görüşündə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşdı. Maraq üçün bildirək ki, bu cütdəki komandalar bundan əvvəl də 2 mövsümdə üz-üzə gəlmişdilər. Hər 2 paytaxt derbisində sevinən “Bakı” olmuşdu. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında üstün olmuşdu (2:1). 3 il əvvəl isə “zolaqlılar” bu rəqibini yarımfinalda dayandırmışdı (0:1, 3:1). Lakin cari mövsümdəki ilk oyunda “Bakı” doğma meydanda heç-heçə etməklə vəziyyətini çətinləşdirmişdi. Hər halda 1:1 hesablı heç-heçə “bankirlər”in mərhələ adlamaq şanslarını artıran məqamlardan idi. Kaxaber Sxadadzenin komandası hətta qolsuz heç-heçə sayəsində də mərhələ adlayacaqdı. Amma kubokdakı “Bakı” kabusu yenə bu komandanın yaxasından əl çəkmədi. Hesabı açan “zolaqlılar” hesabda geri düşməsinə baxmayaraq, daha bir qol vuraraq 2:2 hesablı heç-heçəyə nail oldu. Məhz səfərdə vurduğu iki qol paytaxtın eyni adlı klubunu növbəti mərhələyə çıxardı.
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış daha iki komanda - “Qarabağ” və “Qəbələ” Bakıda üz-üzə gəldi. Hər iki komanda iki cəbhədə də mübarizə aparmaqda maraqlı olduğundan gərgin mübarizə olacağı şübhəsiz idi. Bu komandalar ötən mövsümdə də kubokda qarşılaşmışdılar. Elə indi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi. (2:2, 0:0). Elə bu dəfə də oxşar ssenari təkrarlandı. Çünki Qəbələdə keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab görüşü isə qolsuz heç-heçə ilə başa çatdı. Nəticədə, Ağdam klubu növbəti mərhələyə adlamış oldu.
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi yenə Bakıda baş tutdu. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”nin qonağı oldu. Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdilər. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi və “Neftçi” minimal hesablı qələbə sayəsində mərhələ adlamışdı. Bu mövsüm isə Zaqatala klubu daha iddialı təsir bağışlayırdı. Elə Georgi Çixradzenin komandasının hazırda liderlər qrupunda olması da bunu deməyə əsas verirdi. İlk oyunda qeydə alınan qolsuz heç-heçə Zaqatala klubu üçün müəyyən üstünlük yaratmışdı. Çünki “Simurq” səfərdə istənilən qollu heç-heçə sayəsində də mərhələ keçə bilərdi. Ölkə çempionunu isə ancaq qələbə qane edirdi. Amma Bakıdakı görüşün də əsas vaxtı qolsuz bitdi. Bu üzdən qalibi müəyyənləşdirmək üçün əlavə yarım saat oynanıldı. Məhz əlavə vaxtın son dəqiqəsində Flavinyonun vurduğu yeganə qol yenə “Neftçi”nin mərhələ adlamasına şərait yaratdı.
Ən nəhayət, 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşdı. İndiyədək kubokda yolları kəsişməyən tərəflərin hər ikisinə bu turnirdə mübarizəni davam etdirmək çox vacib idi. Məsələ burasındadı ki, həm “Rəvan”, həm də “Xəzər Lənkəran” artıq ilk altılıqdan kənar qalmışdı. Belədə tərəflərin mübarizəsinin gərgin keçəcəyi şübhəsiz idi. Bakıdakı ilk oyunda hesabı açan tərəf “Rəvan” olsa da, sonda lənkəranlılar əzmkar qələbə qazanmağı bacarmışdılar. Bu dəfə isə cənub təmsilçisi doğma meydan amilindən maksimum yararlanaraq, inamlı qələbə sayəsində adını yarımfinala yazdırdı.
Beləliklə, növbəti mərhələdə “Bakı” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. “Neftçi” isə “Qarabağ”la qarşılaşacaq. Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları aprelin 17-də, cavab görüşləri isə ayın 24-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final mərhələsi (cavab oyunları)
İNTER – BAKI - 2:2 (ilk oyun 1:1)
Qollar: A.Şoliç, 32 (0:1), B.Sxadadze, 42 (1:1), B.Sxadadze, 60 (2:1), Ş.Əliyev, 68 (2:2).
Vərəqələr: Baçana Sxadadze, 28 (simulyasiya), Vladimir Levin, 59 (hakimə etiraz) - Edin Nuredinoski, 90+2 (oyunun bərpasını gecikdirdiyi üçün).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
7 mart 2013. Bakı. “Şəfa” stadionu. 1500 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze (9. Daniel Genov, 76), 5. Slavço Georgiyevski (25. İbrahima Niasse, 88), 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko (6. Samir Zərgərov, 68).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 8. Nizami Hacıyev, 13. Coşqun Diniyev, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 82. Edin Nuredinoski, 29. Əziz Quliyev, 6. İbrahim Karqbo, 25. Şəhriyar Əliyev, 14. Elvin Əliyev, 7. Deyvidas Çesnauski (3. Denis İvanov, 76), 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov (k), 22. Risto Ristoviç (8. Junior Vilson, 62), 77. Aleksandar Soliç (28. Ferdi Elmas, 86), 24. Marius Pena.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Mario Rubio, 19. Nurlan Novruzov, 23. Rauf Əliyev.
Baş məşqçi: Bojidar Bandoviç.
XƏZƏR LƏNKƏRAN – RƏVAN - 4:1 (2:1)
Qollar: A.Ramazanov, 8 (1:0), L.Olguin, 28 (2:0), M.Adamoviç, 69 (2:1), A.Ramazanov, 81-pen (3:1), A.Ramazanov, 90+2 (4:1).
Sarı vərəqələr: Marin Orsuliç, 45+1 (qeyri-idman hərəkəti), Lusiano Olguin, 62 (qeyri-idman hərəkəti) - Şəhriyar Rəhimov, 10 (qeyri-idman hərəkəti), Miloş Adamoviç, 31 (qeyri-idman hərəkəti), Vüsal Qarayev, 45 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Nikolay Orlovskiy, 80 (aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə).
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramiz Məhərrəmov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
7 mart 2013. Lənkəran şəhər stadionu. 5000 tamaşaçı.
Xəzər Lənkəran: 30. Antonio Doblas, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 9. Uğur Pamuk, 14. Rahid Əmirquliyev (k) (17. Kazım Kazımlı, 70), 16. Adrian Pit, 27. Adrian Skarlatake (8. Eder Bonfim, 32), 35. Lusiano Olguin, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç (7. Sadio Tounkara, 46).
Ehtiyat oyunçular: 26. Tərlan Qasımzadə, 24. Gökhan Güleç, 21. Radomir Todorov, 42. Kamran Abdullazadə.
Məşqçi: Emin Quliyev.
Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 5. Nikolay Orlovski, 8. Tural Axundov (k), 9. Vüsal Qarayev (14. Xuan Manuel Varea, 55), 10. Mindauqas Kalonas (15. Tural Cəlilov, 85), 13. Şəhriyar Rəhimov, 17. Ramazan Abbasov (7. Ramil Həşimzadə, 60), 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev.
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 11. Anar Hüseynov, 19. Hüseyn Axundov , 28. Emin Mustafayev.
Baş məşqçi: Ramil Əliyev.
NEFTÇİ – SİMURQ - 1:0 (0:0)
Qol: Flavinyo, 120 (1:0).
Sarı vərəqələr: Elvin Yunuszadə, 59 (qeyri-idman hərəkəti), İqor Mitreski, 81 (hakim qərarına etiraz) - Mario Bojiç, 64 (qeyri-idman hərəkəti), 72 (qeyri-idman hərəkəti), Zdravko Popoviç, 77 (qeyri-idman hərəkəti), Aleksandr Şemonayev, 101 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Mario Bojiç, 72 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
7 mart 2013. Bakı. Baksel Arena. 1000 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Conni Leoni, 2. Xose Luis Kabion, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 33. Orxan Bəşirov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç (12. Tomislav Buşiç, 85), 13. Aleksandr Şemonayev (k), 15. Stepan Polyak, 21. Murad Səttarlı (20. Rəşad Eyubov, 102), 25. Mario Bojiç, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 8. Qərib İbrahimov, 9. Marçin Burhard, 17. Rüstəm Məmmədov, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Georgi Çixradze.
QARABAĞ – QƏBƏLƏ - 0:0 (1:1)
Sarı vərəqələr: Muarem Muarem, 36 (qeyri-idman hərəkəti), Bədavi Hüseynov, 42 (qeyri-idman hərəkəti), Ansi Aqolli, 48 (qeyri-idman hərəkəti), Qara Qarayev, 81 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) - Deyan Kelhar, 48 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Elşən Acalov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
7 mart 2013. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (20. Riçard Almeyda, 66), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov (18. İlqar Qurbanov, 81), 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov (6. Hacı Əhmədov, 90+1).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 15. Emeka Opara, 21. Reynaldo Silva, 88. Kristian Torres.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 8. Kristian Pulhak (14. Mustafa Dabo, 86), 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalaban, 22. Rodriqes Assis (9. Viktor Mendi, 71), 27. Rəşad Abdullayev (k) (23. Şəhriyar Xəlilov, 75), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 90. Ceyhun Sultanov.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 5. Luka Zinko, 7. Yaşar Abuzərov, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Ramiz Məmmədov.
