7 mart 2013 14:13
Azərbaycan millisi Rumıniyaya uduzdu
Rusiyanın Soçi şəhərində gənclərdən ibarət qadın yığma komandaları arasında təşkil olunmuş "Kuban baharı" beynəlxalq turnirində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Rumıniyanın 1994-cü il təvəllüdlü qızlardan təşkil olunmuş yığması ilə qarşılaşan komandamız 0:1 hesabı ilə məğlub olub.
Yığmamız turnirdə növbəti oyununu sabah - martın 8-də, saat 17:30-da Estoniya komandasına qarşı keçirəcək. (AFFA)
