7 mart 2013 14:38

İqor Mitreski: İlk altılıq Xəzər Lənkəransız maraqsız olacaq

“Neftçi”nin müdafiəçisi İqor Mitreskinin azerisport.az saytına müsahibəsi
 
- “Simurq”la cavab oyunundan nə gözləyirsiz?
- “Neftçi” evdə oynadığı üçün qələbə qazanmaq istəyir. Əksər komandalar bizə qarşı müdafiədən oynayırlar. “Simurq” da böyük ehtimalla böyük qüvvə ilə müdafiə olunacaq. Mənə elə gəlir ki, ən yaxşısı nəyə qadir olduğunu göstərmək üçün açıq futbol oynamaqdı. Məsələn, Avropa Liqasında “İnter”, “Partizan” və “Rubin” kimi klublarla necə oynamışdıqsa, bundan sonra da bu şəkildə davam edəcəyik.
 
- Amma “Simurq” da az qol buraxan komandadı...
- Bizə erkən qol vurmaq lazımdı. O zaman rəqib komanda açılacaq. Əminəm ki, onlar başqa cür riskə gedən deyillər.
 
- Gələn həftə sizi “Bakı” ilə derbi də gözləyir...
- Yaxşı komandamız var. Bəziləri belə hesab edir ki, “Bakı” artıq medallar haqda düşünmür. Amma mən əminəm ki, onlar üzərində heç bir təzyiq yoxdu. Ona görə də hər oyunda maksimuma çalışacaqlar.
 
- Çempionluğa əsas namizədlər “Neftçi”, “İnter” və “Qarabağ”dı?
- Düşünürəm ki, elədi. “İnter”lə “Qarabağ” daha çətin rəqiblərdi. Digər klublara da hörmətim var. Amma onların bu mübarizəyə qoşulmasını gözləmirəm.
 
- “Xəzər Lənkəran”ın ilk altılıqdan kənar qalması sizi məyus etmədi?
- Əlbəttə, bu, təəssüf doğurur. Onlara qarşı oynamaq həmişə maraqlı olurdu. Lakin hadisələrin bu cür cərəyan etməsinə görə yalnız özləri günahkardılar.  Çünki çoxlu xal itkilərinə yol verdilər. İki dəfə baş məşqçi dəyişdilər. “Xəzər Lənkəran”sız ilk altılıq bir qədər maraqsız olacaq. Amma onlarsız da bizim oyunların ətrafında ajiotaj çox olacaq.
 
- Böyükağa Hacıyev bəyan edib ki, altılıq oyunları zamanı komandanıza qarşı qruplaşmalar ola bilər...
- Bu, bizi maraqlandırmır. Əsas öz oyunumuzdu. Əgər bütün rəqiblərimizi məğlub etsək, o zaman bizə heç kim mane ola bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.