7 mart 2013 14:46
Millimizin rəqibi Finlandiya ilə yoldaşlıq oyunu keçirəcək
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması martın 26-da yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Josy Barthel” stadionunda Finlandiya yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, DÇ-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq - Azərbaycan oyunu martın 22-də, Azərbaycan - Lüksemburq qarşılaşması isə iyunun 7-də keçiriləcək.
