7 mart 2013 15:15
Ruslan Abışov və Rubin Levante ilə oyuna hazırlaşır (VİDEO)
Azerisport.az sizi Rusiyanın “Rubin” klubunun televiziyasının hazırladığı reportajla tanış edir. Qeyd edək ki, Kazan təmsilçisi bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İspaniyanın “Levante” klubunun qonağı olacaq. Komandanın Valensiyadakı hazırlıqlarında Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov da iştirak edir. Amma o, Avroliqa oyunlarına sifariş olunmadığından, bu görüşdə iştirak edə bilməyəcək.
