7 mart 2013 15:22
Qarabağ Qəbələ ilə oyun öncəsi ciddi itki ilə üzləşdi
“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün “Qəbələ”yə qarşı keçircəyi cavab oyununa ciddi itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, komandanın dünənki məşqində əzələsini dartan müdafiəçi Maksim Medvedev bu görüşdə iştirak edə bilməyəcək.
Medvedevin Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Simurq”la görüşdə də iştirakı sual altındadı.
Xatırladaq ki, “Qarabağ”la “Qələbə”nin kubokdakı ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı.
