7 mart 2013 15:43

“Mən necə deyə bilərəm ki, azərbaycanlılar pis millətdi”?

Azerisport.az sizi AZAL və “Kəpəz”in sabiq hücumçusu Dmitri Parxaçovun müsahibəsi ilə tanış edir. 2007-08 və 2011-12 mövsümlərində ölkəmizdə top qovmuş futbolçu öncə AZAL-a gəlişini xatırlayıb.
 
- Brest “Dinamo”sunda çıxış edərkən problemlərlə üzləşdik. Komandanın maliyyə çətinlikləri var idi. O zaman Azərbaycandan təklif aldım. Nəticədə, “Olimpik”ə (indiki AZAL) keçməli oldum.
 
- Orda çox qazandınız?
- Xeyr. Orda daha çox mükafatlardan qazanc olurdu. Mövsümü uğurlu keçirdik. Çempionatı ikinci yerdə tamamladıq. Çempionluğu yalnız son turda əldən verdik.
 
- Bəs həmin mövsümdən sonra niyə evə qayıtmağa qərar verdiniz?
- Çünki xüsusi bir təklif yox idi. Vitali Ledenyov soruşdu ki, “Mozıra gələrsən”? Razılaşdım. Getdim, xoşuma gəldi. Həm məşqlər, həm kollektiv. Nəticədə orda qalmağa qərar verdim.
 
- Deməli, Azərbaycanda da uduzmusan. Kabab yemisən?
- Bilirsiz, orda mənim yadımda daha çox fərqli şeylər qalıb. Onlar hər yeməyə müxtəlif ədviyyatlar qatırdılar. Necə adlandığı yadımda qalmayıb, amma çox dadlı olurdu. Düzdü, bütün yeməklər ürəyimcə olmurdu. Amma başqa çarə də yox idi (gülür).
 
- Kabab bişirməyi öyrənmisən?
- Xeyr. Mən ümumiyyətlə aşbazlığı o qədər də bacarmıram.
 
- Harda yaşamaq daha maraqlı idi: Qazaxıstanda, ya Azərbaycanda?
- Daha çox Qazaxıstan xoşuma gəlmişdi. Çünki insanların mentaliteti baxımından yaxınlıq daha çoxdu. Onlar da bizim kimi insanlardılar. Gedib şam edirdik, qonaq çağırırdılar. Onların həyatlarına asanlıqla daxil olmaq olurdu. Amma Azərbaycan haqda eyni sözləri deyə bilmərəm, yəni yerli camaatla elə də çox ünsiyyətdə olmurdum.
 
- Mənə elə gəlir ki, azərbaycanlılar hiyləgərdilər, aldatmağa meyllidilər...
- Mənim menecerim azərbaycanlı idi. O, mənə çox kömək edirdi. Çətin anlarımda hər şeyi başa salmağa çalışırdı. Buna görə ona çox minnətdaram. Amma mən necə deyə bilərəm ki, azərbaycanlılar pis millətdilər? Pis insanlar hər yerə var. Onlarla istənilən yerdə rastlaşa və aldana bilərsən.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.