7 mart 2013 16:04
Millimizin yarımmüdafiəçisi Bundesliqa klubu ilə yollarını ayıra bilər
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Ali Gökdemir Almaniyanın “Hannover” klubu ilə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, millimizin üzvü Bundesliqa klubu ilə müqaviləsini hələ də yeniləməyib.
Gökdəmirin “Hannover”lə anlaşmasının müddəti cari mövsümün sonunda başa çatacaq. Onunla yanaşı komandanın xeyli futbolçusunun – Deniz Ayçiçek, Villi Yevseyev, Lars Fuxs, Niko Qisselmann, Patrik Yoks, Marsel Klons, Yaannik Loxden, Xalid Mefsin, Masahito Noto, Yannis Plaşke, Saşa Şyünemann və Stefan Smilyaniçin də müqaviləsinin müddəti iyunda başa çatacaq. Bu qədər futbolçu arasında hələlik yalnız Mefsin klubla yeni müqavilə bağlamaq üçün danışıqlara başlayb.
