7 mart 2013 16:25
Berti Foqts paytaxt derbisini izləyəcək
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts martın 11-də Bakıya gələcək. Azerisport.az xəbər verir ki, o, ölkəmizə gələndən bir gün sonra Topaz Premyer Liqasının 23-cü turunun “Bakı” – “İnter” matçını izləyəcək.
Lakin almaniyalı mütəxəssisin digər oyunları da canlı izləməsi istisna deyil.
Qeyd edək ki, martın 13-dən etibarən Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq (22 mart) və Portuqaliyaya (26 mart) qarşı keçiriləcək oyunların hazırlıqlarına start verəcək. Ayın 13-də Premyer Liqada oyuna çıxacaq futbolçular milliyə martın 14-də qoşulacaqlar.
